Çin və Hindistan Ladax probleminin həllini sürətləndirmək üçün razılaşdılar

12:10 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Müdafiə Nazirliyi elan edib ki, Hindistan və Çinin yüksək səviyyəli hərbi rəsmiləri danışıqların son raundunda Himalay dağlarının Ladax bölgəsinin şərqindəki uzun məsafələrdə “əlaqəli problemlərin” həllini “sürətləndirmək” barədə razılığa gəliblər.

Hafta.az-ın yazdığına görə, nazirlik bəyan edib ki, Çin və Hindistanın korpus komandirləri səviyyəsində görüşün 18-ci raundu aprelin 23-də Çin tərəfdən Çuşul-Moldo sərhəd məntəqəsində keçirilib.

Görüş Çinin müdafiə naziri Li Şangfunun 2 - 27 aprel tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün Hindistana planlaşdırılan səfərindən əvvəl olub.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında iki ölkə arasındakı mübahisəli sərhəddə gərginliyin artması nəticəsində baş vermiş toqquşmalarda 20 hindistanlı və 4 çinli əsgər həlak olmuşdu. Toqquşmalar son 40 ildən artıq müddətdə ən şiddətli münaqişə kimi səciyyələndirilib.