Çin və Rusiya arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
“Çin-Rusiya münasibətləri bloklara qoşulmamağa əsaslanıb və üçüncü ölkələrə qarşı yönəlməyib. Bu, bütün dünyada sülhün və sabitliyin qorunmasında müsbət amildir”, - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Vanq Venbin həmçinin bildirib ki, Birləşmiş Ştatlar dünyada müharibə və münaqişələrin ən böyük təhrikçisidir. “ABŞ ən böyük müharibə aparandır. 240 ildən çox tarixində ABŞ cəmi 16 ildir ki, müharibə şəraitində olmayıb”, - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
O, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Vaşinqtonun silahlı münaqişələrin təxminən 80%-nin təşəbbüskarı olduğunu, 50-dən çox xarici hökuməti devirməyə cəhd etdiyini, ən azı 30 ölkədə seçkilərə müdaxilə etdiyini və 50-dən çox xarici ölkə liderini sıradan çıxarmağa çalışdığını vurğulayıb.