Yazını böyüt
Yazını kiçilt
Çində günorta saatlarında güclü zəlzələ baş verib. Amerika Geoloji Xidməti (USGS) 6,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini bildirir.
Hafta.az bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin maqnitudasının 6,4 olduğunu açıqlayıb.
Zəlzələnin episentri cənub-qərbdə Kanqdinq yaxınlığında olub. Zəlzələ Siçuan əyalətinin Kandinq şəhərindən 43 kilometr cənubda baş verib.
Zəlzələ Sıçuan əyalətinin mərkəzi Çenqdu şəhərindən 180 kilometr aralıda baş verib.
Yerli vaxtla saat 12:52-də baş verən zəlzələ geniş ərazidə hiss olunub. İnternet istifadəçiləri zəlzələnin Sıçuandan kifayət qədər uzaqda yerləşən Çanşa və Syan şəhərlərində də hiss olunduğunu yazıblar.