Yazını böyüt
Yazını kiçilt
Çinin Milli Sağlamlıq Komissiyası (NHC) H3N8 tipli quş qripinə ilk insan yoluxmasının 4 yaşlı uşaqda aşkar edildiyini açıqlayıb.
Hafta.az-ın məlumatına görə, bununla belə, səhiyyə orqanı qripin insanlar arasında yayılma riskinin az olduğunu bildirib. Milli Səhiyyə Komissiyasının məlumatına görə, variant aprelin 5-də Henan əyalətindən qızdırma və digər simptomlar olan dörd yaşlı uşaqda tapılıb.
Uşağın evdə yetişdirilən toyuq və xoruzlarla təmasda olduğu bildirilib.