Çindən Yaponiyaya ağır ittiham: Balıqçılar rüşvətlə susdurulub

11:11 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Yaponiya hökumətini Fukusima İn-Dai Atom Elektrik Stansiyasının radioaktiv tullantı sularının boşaldılacağı ərazidə balıq tutan insanlara “susdurmaqda” ittiham edib.

Hafta.az-ın yazdığına görə, Vınbin gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Yaponiyanın Fukusimadakı balıq sənayesinə 577 milyon dollarlıq dəstəyi balıqçıları susdurmağa hesablanıb: "Əgər nüvə enerjisi ilə işləyən çirkab sular zərərsizdirsə, niyə Fukusimadakı balıqçılıq sənayesinin təsirlənəcəyini düşünürlər? Əgər vicdanları incimirsə, niyə Yaponiya hökuməti insanları susdurmaq üçün onlara təzminat ödəyir? Buna yeganə məntiqli cavab okeana buraxılacaq suda “çox zərərli bir şeyin” olmasıdır.

Sözçü bildirib ki, Yaponiyanın təzminatla ölkə daxilində xalqın “sükutunu satın alması” tullantı sularının axıdılması ilə bağlı beynəlxalq səviyyədə daha çox tənqid və etirazlara səbəb olacaq.

Siyasət rubrikasından digər xəbərlər