Yazını böyüt
Yazını kiçilt
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Ukraynada müharibənin həlli üzrə Çinin təklif etdiyi fəaliyyət planını “dinc” adlandırmaq olmaz. Onun fikrincə, Çin sənədi qurbanla təcavüzkarı eyni səviyyəyə qoyur.
“Əslində bu, sülh planı deyil və əsasən Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzilərini bölüşürük, mühümləri isə çatışmır. Artıq aydındır ki, əsas problem onun təcavüzkarla qurbanı ayırmaması, tərəfləri eyni səviyyəyə qoymasıdır”, - Borrell yazıb.
Borrelin sözlərinə görə, "bu, sülh planından daha çox mövqe sənədidir". Diplomat onu da bildirib ki, beynəlxalq ictimaiyyətin böhranlara reaksiyası ya qeyri-adekvatdır, ya da bloklanır.