Cizgi filminə baxmaq istəyən 4 YAŞLI QIZI BOĞUB ÖLDÜRDÜ

18:39 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Omsk vilayətinin sakini birgə yaşadığı qadının qızını öldürməkdə şübhəli bilinərək saxlanılıb. Hafta.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Omsk vilayəti üzrə istintaq orqanları fevralın 1-nə keçən gecə Omsk vilayətinin Kormilovski rayonunun Koltsovo kəndində yerləşən fərdi evdə aşkar edilmiş faktla bağlı cinayət işi açıb. Təcili yardıma gələn həkimlər 4 yaşındakı bir qız uşağının cəsədini tapıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə qızın anasının birgə yaşadığı 38 yaşlı şəxsin əli olduğu müəyyən edilib”.

Müstəntiqlərin sözlərinə görə, gecə qız onun üçün cizgi filmlərini açmağı xahiş edib. Kişi sərxoş olub və şəxsi ədavət zəminində uşağı boğub. Səs-küyü qızın anası eşidib, təcili yardım və polis çağırıb.