Co Bayden yenidən karantində olacaq

10:10 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidentinin həkimi Kevin O'Konnor Co Baydenin koronavirus testinin növbəti dəfə pozitiv çıxdığını bildirib.

Hafta.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Həkimin sözlərinə görə, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri aparılan COVID-19 ilə bağlı teslərin neqativ nəticələrindən sonra, iyulun 30-da, şənbə günü səhər prezidentin antigen testi pozitiv çıxıb.

K.O'Konnor əlavə edib ki, C.Bayden "COVID-19 simptomları yaşamır və özünü olduqca yaxşı hiss etməyə davam edir". Lakin həkim bildirib ki, antigen testinin pozitiv çıxması ilə əlaqədar dövlət başçısı yenidən karantinə gedəcək.