Çoban ferma sahibini qətlə yetirdi

14:53 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda qətl hadisəsi olub.

Hadisə rayonun Qarabağlar kəndində, fermada qeydə alınıb. Fermada çoban işləyən 1976-ci il təvəllüdlü Samir Quliyev ferma sahibi Gəncə sakini, 1990-cı il təvəllüdlü Arzu Abdullayevə bıçaqla zərbə vurub. A. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda S. Quliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 486