“Dünya ölkələri, yaşıllar hərəkatının tərəfdarları, dünyanın beyin mərkəzləri bu gün paytaxt Bakıya toplaşıb. Bu gün Bakı dünayanın aparıcı beyin mərkəzi kimi özünü göstərməyə davam edir. Bu gün Azərbaycan dünyanı narahat edən ekoloji, texnoloji, sosial, ictimai, siyasi problemlərin həll olunduğu mərkəz kimi tanınmağa başlayıb. COP29, bu mənada Azərbaycanı yenidən dünyaya bir güc mərkəzi kimi tanıdılması baxımdan maraqlı tədbir kimi yadda qalacaq”.
Bu barədə hafta.az-a ekoloji neo-maarifçilik hərəkatının hazırladığı eko-layihəyə rəhbərlik edən kulturoloq Aydınxan Əbilov bildirib.
A.Əbilov qeyd edib ki, XXI əsr özü ilə çox böyük nailiyyətləri, yenilikləri ilə bəşəriyyətin həyatını asanlaşdıra bilən texnologilar gətirsə də, həm də ekoloji problemlər, planetimizi məhvə aparan fəlakətləri də doğurdu. Onun sözlərinə görə, bu gün paytaxt Bakı bu problemləri müzakirə edib, ekoloji məsələləri yumşaltmaq üçün dünya dövlətlərini ölkəmizdə qarşıladı. Bu baxımdan paytaxt Bakıda keçirilən BMT-nin beynəlxalq 29-cu konfransı çox vaxtında atılmış addım kimi dəyərlənidirilir.
“Hər il planetimizdə tempratur qalxır, milyardlarla ton məişət, sənaye tullantıları çaylara, ətraf mühitə, dənizə, okeana axıdılmaqla planetimizi yaşamaq üçün dözülməz həddə çatdırır. Azərbaycanda illərdir ki, ekologiya, ətraf mühitin mühafizəsi ilə bağlı neo-ekoloji maarifçilik hərəkatı layihəsini həyata keçirilir, dünyanı bürüyən eko böhranı geniş ictimaiyyətə çatdırmaq üçün geni işlər görülür. Yəni Azərbaycan COP29-a hazırlıqlı idi. Çünki ölkə Prezidentinin atdığı hər bir addım 10 il qabağı hədəfləyir. Məhz Qarabağ problemi həll olunmalı, Azərbaycan ərarziləri bütövləşməli idi ki, belə bir tədbir keçirilsin. COP29-a hazırlıq məqsədi ilə müxtəlif tikintilər aparılmış, müxtəlif layihələr həyata keçirilmişdi”.
A.Əbilov qeyd edib ki, bu il ölkəmizdə “Yaşıl dünya naminə” ili olsa da, bundan əvvəl də ekoloji tarazlığın qorunması üçün mühüm işlər görülüb.
“Meşə sahələrinin genişləndirilməsi, hər torpaqda ağac əkilib onlara qulluq edilməsi, Xəzərin taleyi, kür çayı və onun qollarının təmizliyi, Ermənistanda kür çayı üzərində qurulan filiz zavodunun tikilməsinə qarşı etiraz, işğal edilmiş edilniş ərazlərdə bir çox çayların məhv edilməsi və onun bərpası, su, günəş elektrik, külək elektrik stansiyalarının tikilməsi kimi çox böyük layihələr həyata keçirilirdi. Eləcə də günəş enerjisindən qidalanan bir çox cihazların istehsalı və əhali tərəfindən istifadə olunması üçün proqramlar həyata keçirilir, istər suların idarə edilməsi, istər kanalizasiya sularının təmizlənərərk yenidən istifadəyə verilməsi, istərsə də Xəzərin duzlu suyunun istifadə edilməsi ilə bağlı dövlət proqramları var. Eyni zamanda Azərbaycan çox sürətlə alternativ yanacaq, elektrik avadanlıqları, elektrik mühərriki, maşınlar, gəmilər və qatarların alınması ilə bağlı çox böyük işlər görür. Hətta elektirik mühərrikli avtomobilə keçid, ictimai nəqliyyatların elektrik mühərrikli avtobuslarla əvəzlənməsi, daxili yanma mühərriklərdən, köhnə avtomobillərdən imtina kimi bir çox proqramlar həyata keçirilir. O cümlədən kənd təsərrüfatında suvarma sisteminin dəyişdirilməsi və damcı sisteminə keçirilməsi, Bakının ətrafında göllərin təmizlənməsi və yenidən istifadəyə verilməsi, artezan quyularının qazılması, yeni su-kanal sisteminin qurulması, Bakı ətrafında yaşıllıqların salınması və qorunması və sair çox ciddi normativlərin, qanunların qəbul edilməsi Azərbaycanın nəinki sözdə, həm də əməldə iqlim dəyişilmələri ilə bağlı böyük ekoloji hərəkata başlamasını göstərir. Buna görə də COP_un Azərbaycanda keçirilməsi gözlənilirdi. İndi uşaqdan tutmiş, qocalara qədər hər kəsin ürəyi COP 29-la döyünür. Çünki bu tədbir Azərbaycan üçün də vacibdir. Çünki bu planeti bizə yaşıl verilər, biz də gələcək nəslə yaşıl planet verməliyik. Bunun üçün də belə addımlar atmalıdır. Və Azərbaycan dünya üçün öz töhfələrini verir.”