COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21:19 28.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 106 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 332, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 247 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 812 358, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 873, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 467, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 335 146, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 872 nəfər təşkil edir.