COVID-19-un yeni dalğası başlayıb

14:13 08.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqında COVID-19 epidemiyasının yeni dalğası müşahidə olunur.

 

Hafta.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) tərəfindən məlumat yayılıb.

 

Bildirilib ki, EMA rəsmiləri yaşı 60-dan çox olanların və tibbi cəhətdən həssas insanların peyvəndin ikinci gücləndirici dozasını qəbul etmələrini tövsiyə ediblər.

 

Agentliyin peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri bildirib ki, Aİ-nin bir çox ölkəsində "Omicron" ştamının yüksək yoluxucu mutasiyaları ilə idarə olunan COVID-19-un yeni dalğası başlayıb. BA.4 və BA.5 variantlarının bütün qitədə dominant olmasının gözlənildiyini deyən M.Kavaleri bu variantların iyulun sonuna kimi bütün digər variantları əvəz edəcəyini qeyd edib.