Cümə namazında partlayış: 50 ölü, 100-dən çox yaralı

15:58 02.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı vaxtı güclü partlayış törədilib.

Hafta.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı deyilir.

Terror aktı zamanı məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.

Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur.