DİN Mətbuat xidmətinin rəisinə iki müavin təyin olundu

10:39 21.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə iki yeni kadr təyinatı olub.

Bu barədə hafta.az-a DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O qeyd edib ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmrilə polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Mətbuat xidmətinin rəis müavinləri təyin edilib.