DİN piyadanın ölümü ilə bağlı məlumat yayıb

16:06 11.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) Sabunçu rayonunun Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən hafta.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 9 radələrində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.