Daha 2 rayon üzrə çağrı mərkəzi yaradılıb

14:10 06.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.

Nazirlikdən hafta.az-a bildirilib ki, vətəndaşlar 146-0-11 nömrəsinə zəng etməklə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.