Daha 21 dövlət müəssisəsi özəlləşdiriləcək

13:12 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12 və 19 oktyabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 19 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

Oxunma sayı 23