Daha 30 mina aşkarlanıb

13:09 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, 29 noyabrdan 4 dekabra qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lərdən təmizlənib.