Daha bir avtobus nağdsız ödəniş sisteminə keçir

16:48 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən hafta.az-a verilən xəbərə görə, fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.