Daha bir ölkə BAYRAKTAR ALIR

16:26 01.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rumıniya avadanlıqla təchiz olunmuş Bayraktar TB2 pilotsuz təyyarələri almaq niyyətindədir. Müqavilənin ümumi məbləği 300 milyon avrodur.

Hafta.az xəbər verir ki, bu barədə “Digi24” nəşri məlumat yayıb.

Rumıniya Müdafiə Nazirliyinin sənədinə əsasən, idarə parlamentə müdafiə departamenti üçün alqı-satqı barədə razılığa gəlməyi təklif edib. Qeyd olunur ki, ümumilikdə onlar üçün 18 pilotsuz təyyarə və avadanlıq alınması planlaşdırılır.

Bayraktar TB2 kompleksinin qiyməti konfiqurasiyadan asılı olaraq 1 milyondan 5 milyon dollara qədərdir. Hazırda Rumıniya ordusunun xidmətində bir dənə də türk pilotsuz uçan aparatı yoxdur.