Daha bir ölkə karantini yumşaldır

23:49 07.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada bütün mədəniyyət obyektlərinə daxil olmağa icazə verilən insanların sayı ilə bağlı qadağa ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Kinoteatrlar, teatrlar və konsert salonları 100% doluluq səviyyəsinə qayıdır. Obyektlərə daxil olanlar maska yazmalı və COVID-19 sertifikatı təqdim etməlidir.

 

Mədəniyyət obyektlərində 1 metr məsafə saxlamaq öhdəliyi də ləğv edilir.