Daha bir xəstəxananın direktoru işdən çıxarıldı

15:15 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

 

Hafta.az xəbər verir ki, baş həkim Elxan Sədrəddin oğlu Ələsgərov vəzifəsindən azad olunub.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) APA-ya bildirilib ki, Elxan Ələsgərovun direktor kimi fəaliyyətinə müqavilə müddətinin bitməsi ilə bağlı xitam verilib.

 

Hələlik bu vəzifəyə təyinat olmayıb.