Daha üç qazimiz protezlə təmin edildi

12:15 03.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

 

Hafta.az xəbər verir ki, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tədbir keçirilib.

 

Tədbir zamanı müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin edilib. Həmçinin müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair məlumat verilib.

 

Protezlərlə təmin edilən qazilər yüksək texnologiyalı protezlərlə təmin olunduqları üçün Ali Baş Komandan Ilham Əliyevə təşəkkürlərini bildiriblər.