Təhlükəli dang qızdırması epidemiyası Pakistanda da sürətlə yayılmağa başlayıb.
Hafta.az-ın Pakistan mətbuatına istinadən yazdığına görə, Pəncab Səhiyyə Departamentinin məlumatında deyilir ki, bazar günü 143 yeni hadisə qeydə alındığı üçün əyalətdə dang virusuna qarşı mübarizə davam edir.
Təfərrüatlara görə, Lahorda 52, Ravalpindidə 47, Multanda 10, Qucranvalada 11, Feysəlabadda 10, Şeyxupurada 3, Kasur, Qucrat, Çakval, Okara, Bahavalnaqar, Bahavalpur və Racanpurda toplam 52 yeni xəstəlik halı qeydə alınıb. Məlumata əsasən, Pəncabın 36 rayonunda ümumilikdə 5469 təsdiqlənmiş dang virusuna yoluxma faktı qeydə alınıb.
Lahor şəhəri ğlkədə bu virusa ən çox yoluxma hallarının olduğu yerdir, burada 2130 fakt qeydə alınıb. Onu 1561 yoluxma faktı ilə Ravalpindi, 620 faktla Multan, 268 faktla Gucranvala və 245 faktla Feysəlabad izləyir.
Hazırda 118 dang xəstəsi Pəncabın müxtəlif xəstəxanalarında müalicə alır. Onlardan 36-sı Lahorda xəstəxanaya yerləşdirilib.
Pəncabın Səhiyyə Katibi Əlican Xan, vətəndaşlara müraciət edərək, onları dang xəstəliyinə qarşı həlledici bir profilaktik tədbir olaraq evlərini və ətraflarını təmiz və quru saxlamağa çağırıb.