Darxan Kıdırəli təhsil naziri Emin Əmrullayev ilə görüşüb

17:18 21.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycana səfəri çərçivəsində iyunun 20-də təhsil naziri Emin Əmrullayev ilə görüşüb.

Təhsil naziri son 8 il ərzində türk ölkələri arasında elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ortaq dərsliklərin hazırlanması, türk dünyası dahi şəxsiyyətlərinin, şair və mütəfəkkirlərin həyat və yaradıcılığının, irsinin araşdırılması və dünyada təbliğ olunmasına verdiyi töhfəyə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə öz minnətdarlığını bildirib.

Akademiya prezidenti təşkilatın fəaliyyəti, həyata keçirilən yeni layihələr barədə məlumat verib və göstərdiyi ardıcıl dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, onun rəhbərliyinə təşəkkürünü çatdırıb.

Görüşdə həmçinin, 24 iyun 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclasına hazırlıq məsələləri müzakirə olunub.