Dəm qazı daha bir can aldı

13:48 30.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 23 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Axar.az xəbər verir ki, hadisə "Betonzavod" adlanan ərazidə qeydə alınıb.

2001-ci il təvəllüdlü Mehriban Nizami qızı İsmayılovanın hamam otağında dəm qazından öldüyü bildirilib.

Fakt araşdırılır.