Depodan oğurluq olub

12:25 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda depodan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.