Deputat işə atla gəldi

18:27 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rostov deputatı Yevgeni Fedyaev Ümumdünya Avtomobilsiz Günü şərəfinə avtomobildən imtina edib at üzərində işə gəlmək qərarına gəlib.

Hafta.az bildirir ki, “RostovQazeta” internet nəşrinin məlumatına görə, məmur bildirib ki, o, həmkarlarına aksiyaya qoşulmağı təklif edib, lakin onlar onu dəstəkləməyiblər.

Fedyaev onu da bildirib ki, at “mümkün olan ən ekoloji təmiz nəqliyyatdır”. O, Rostov vilayəti hökumətinin və şəhər administrasiyasının maşınlarını satmaq və əldə edilən gəliri "köhnə yaxşı günlərdə olduğu kimi" at almaq üçün istifadə etmək təşəbbüsü ilə çıxış edib.

Onun hesablamalarına görə, bu, 400 milyon rubla qənaət edəcək. Deputat qeyd edib ki, bu pula elektriklə işləyən avtobuslar da almaq olar.

Oxunma sayı 1767