Deputat mandatının ləğvi üçün MÜRACİƏT ETDİ

12:43 10.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Hafta.az xəbər verir ki, bu barədə MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib. O qeyd edib ki, yaxın günlərdə MSK-nın iclasında bu məsələyə baxılıb qərar veriləcək.

Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.