Deputat seçicilərin təşəkkürünü Prezidentə çatdırdı

14:04 30.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə nəticə olaraq əldə olunan zəfər və uğurlar təkcə ərazilərimiz üzərində suverenliyimizin təmini olmayıb, əhalimizin həyatında yeni keyfiyyət dəyişikliyi olub.

Hafta.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisdə bugünkü çıxışı zamanı sbildirib.

Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə sentyabr ayında keçirilən  antiterror əməliyyatı nəticəsində bütün ərazilərimizdə suverenliyimiz təmin edildi, dövlətimizi, millətimiz birləşdirdi.

Deputat noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradın mühüm tarixi əhəmiyyətə malik olduğunu deyib.

Deputat sonda Yardımlı rayonunda yolların təmiri, bir neçə kəndin qazlaşması ilə bağlı seçicilərinin Prezidentdə olan təşəkkür mesaşını çatdırıb.