Yazını böyüt
Yazını kiçilt
”Qazi və şəhid ailələri ilə görüşlərdə olmuşam. Onlar deyirlər ki, YAŞAT Fonduna müraciətlər etsələr də, problemlərinin həll olunmasına dəstək ala bilmirlər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva bildirib.
O, qeyd edib ki, Yaşat Fondunun qazi və şəhid ailələrinə dəstək verməsi üçün maliyə çətinliyinin olduğu bildirilir.
“Ona görə də bir aylıq əmək haqqının bir hissəsini YAŞAT Fonduna ödəməyi təklif edirəm. Biz bununla dəstək gözləyən şəhid, qazi ailələrimizə kömək etmiş olarıq”.