Yazını böyüt
Yazını kiçilt
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsi dövlət sirri olan deputat və senatorların ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutur.
Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, qanunun deputatlarla bağlı hissəsi Dumada, senatorlarla bağlı hissəsi isə Federasiya Şurasında müzakirəyə çıxarılacaq.
Xəbər verildiyi kimi, qanun layihəsi federal dairə parlamentlərində çalışan deputatları, merləri və ədliyyə üzvlərini əhatə edir. Qanun layihəsinə görə, bu şəxslərin ölkədən çıxışına qadağa qoyulması səlahiyyəti parlament başçılarına və qubernatorlara veriləcək.