Dini fəaliyyətə 9 milyon manat pul ayrılacaq

12:28 20.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə Azərbaycanda dini fəaliyyətə 9 milyon manat vəsait ayrılır.

Hafta.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında müzakirəsi zamanı deyib.

Nazirt bildirib ki, həmin vəsait Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yönəldilir.