Dinini dəyişən MƏŞHURLAR

09:55 09.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illərdə məşhurların həyatında baş verən böyük dəyişikliklər və transformasiyalar ictimaiyyətin diqqətini çəkməkdə davam edir. Bu dəyişikliklərdən ən diqqət çəkəni onların öz dinini dəyişməsidir.

Haft.az-ın bu məqaləsində dinini dəyişmiş məşhurlardan bəziləri haqda məlumat verməyə çalışacağıq:

Tom Kruz əvvəl xristian olub, amma saentologiyaya keçib. Saentologiya hesab edir ki, insan mahiyyət etibarilə yaxşıdır, həyatda qalmağa çalışır və onun yaşaması özündən və kainatla qardaşlıq qurmasından asılıdır.

Mayk Tayson əvvəl xristian olub, 1992-ci ildə həbsdə yatarkən İslamı qəbul edib və Malik Əbdül Əziz adını alıb. O, həbsdə olduğu müddətdə İslamın ona daxili rahatlıq və nizam-intizam verdiyini bildirib.

Devid Bekhem əvvəl xristian olub, snradan iudaizmi seçib. O, babası yəhudi olduğu üçün özünü qismən yəhudi hesab etdiyini və bu cəmiyyətin bir parçası olmaqdan qürur duyduğunu bildirib.

Maykl Cekson əvvəl xristian olsa da, 2008-ci ildə İslamı qəbul edib.

Tuğçə Kazaz öncə xristian olub, 2005-ci ildə xristianlığı qəbul edib və kilsədə yunan aktyorla evlənib. Bildirilib ki, o, əvvəllər buddizmə inanıb, sonra xristian olub, sonda isə İslama qayıdıb.

Endryu Qarfild iudaist olsa da, çoxları onun aqnostisizmə tapındığını deyir. Aqnostisizm tanrıların və ya ilahi varlıqların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini müdafiə edən fəlsəfi bir baxışdır.

Anelka xristian olub, sonra İslamı qəbul edib. Nikolas Anelka 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərində İslamı qəbul edib və Abdul-Salam Bilal adını aldı.

Riberi əvvəl xristian olub, amma İslamı qəbul edib. Frank Riberi 2006-cı ildə dinini İslama dəyişərək Fateh adını alıb.

Can Yaman müsəlman kimi doğulsa da, Demet Özdəmirlə birlikdə çəkildiyi “Erkənci Kuş” serialı sayəsində İtaliyada ciddi populyarlıq qazanaraq xristianlığı qəbul edib.

Şeron Stoun əvvəl buddist olub, sonradan saentologiyaya keçib.

Culia Roberts xristian olub, amma sonradan induizmi qəbul edib.

Madonna əvvəl müsəlman olub, sonradan xristianlığa tapınıb.

Məhəmməd Əli xristian olsa da, 1964-cü ildə İslamı qəbul edib və adını Kassius Klaydan bildiyimiz Məhəmməd Əliyə dəyişib.

Almedia Abazi xristian olub, İslamı qəbul edib sonradan.

Karvaxal xristian olsa da, sonradan iudaizmə tapınıb.

Endru Tate xristian olsa da, sonradan İslamı seçib. Sosial media fenomeni, 2022-ci ilin sonunda Dubaydakı məsciddə namaz qılarkən videonun yayılmasından sonra İslamı qəbul etdiyini açıqlayıb.

Danni Blum xristian olub, sonradan İslamı seçib. Alman futbolçu 2014-cü ilin yayında sünni İslamı seçdiyini bəyan edib.

Bred Pitt xristian olub, amma yetkinlik yaşına çatandan sonra dinsiz yaşamağı - ateizmi seçib.

Dav Çapelle xristian olub, sonradan İslamı seçib. Komediya ustası 17 yaşında İslamı qəbul etdiyini və müsəlman olduğunu açıqlayıb.

Albert Eynşteyn əvvəl yəhudi idi, amma sonra dini ataraq ateist olub.

Merlin Monro xristian olub, amma 1956-cı ildə dramaturq Artur Millerlə evləndikdən sonra iudaizmi qəbul edib.

İvanka Tramp xristian olub, amma 2009-cu ildə Herad Kuşnerlə evləndikdən sonra iudaizmi qəbul edib.

Yusif İslam xristian idi, amma 1976-cı ildə az qala suda boğularkən Allaha etdiyi dua və sonradan Quran oxuması onu əsl müəlman edib.

Orlando Blum xristian olub, sonradan buddizmi seçib.

Saynid Okonnor xristian olub, amma 2018-ci ildə “Şuheda Davitt” adından istifadə edərək İslamı qəbul edib.

Zeyn Malik müsəlman olsa da, 2018-ci ildə “Vogue” jurnalına müsahibəsində ateist olduğunu açıqlayıb.

Tom Arnold xristian olub, amma sonradan iudaaizmə tapınıb.

Sidorf xristian olsa da, sonradan dinini İslama dəyişib…