Dövlət Miqrasiya Xidmətinin tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınıb, olma müddəti 16 mart-30 aprel tarixləri aralığında bitən ( və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilib.
Hafta.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, DMX tərəfindən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib. Müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaq.
Bununla bağlı məlumatlar qısa müddət ərzində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.