Donetskdə azərbaycanlı ər-arvad həlak oldu

13:42 30.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə davam edir.

 

Hafta.az “Baku TV”yə istinadən xəbər verir ki, Ukrayna Ordusunun Xerson vilayəti istiqamətində əks-hücumu nəticəsində artıq beş yaşayış məntəqəsi işğaldan azad olunub.

 

Eyni zamanda Rusiya Silahlı Qüvvələri separatçı Donetsk respublikasının hərbçiləri ilə birlikdə Ukraynaya əks-hücuma keçiblər.

 

Qeyd edilib ki, əks-hücumun qarşısı alınarkən Donetsk vilayətinin Slavyansk rayonunda azərbaycanlılar − Zaur Paşayev və onun həyat yoldaşı Svetlana Paşayeva həlak olublar. Onların üç övladı isə sağ qalıb.