Donetskdə rus hərbçilər arasında çaxnaşma var - Ukrayna hücuma keçəcək

13:45 01.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiya işğalçıları başa düşürlər ki, hər şey onların dedikləri kimi yaxşı deyil. Onlar qeyd edirlər ki, yaza qədər Ukrayna Silahlı Qüvvələri artıq Donetski, yəni eyni adlı vilayətin paytaxtını azad etmək üçün hücuma keçəcək.”

Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bunu telemarafonda Avdeyevka şəhəri hərbi idarəsinin(Hİ) rəisi Vitali Barabaş Avdeyevka yaxınlığında işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı sualı cavablandırarkən söyləyib.

"Ruslar gözləyirlər ki, yaxın gələcəkdə hansısa dönüş nöqtəsi olacaq və Avdeyevka istiqamətində əldə etdikləri şərti uğuru da qoruyub saxlaya bilməyəcəklər. İndi mülki şəxslər Donetski kütləvi şəkildə tərk edirlər, çünki oradakı rus hərbçilər arasında hazırkı vəziyyəti saxlamaya bilməyəcəkləri və yaxın gələcəkdə - çox güman ki, yaza qədər Ukrayna Silahlı Qüvvələrinin Donetskə hücum edəcəyi haqda çox söhbətlər gedir”, -  deyə Avdeyevka Hİ rəhbəri  vurğulayıb.

Onun sözlərinə görə, insanlar bütün bunları görür və Donetskdə müəyyən çaxnaşma var. Xüsusən də Xartsızsk və Makeyevkadan olan taksi sürücüləri Donetskə getməkdən, ümumiyyətlə, imtina edirlər.

Eyni zamanda Barabaş bildirib ki, Stannada bir neçə gündür ki, Avdeyevka istiqamətində düşmən təzyiqi nəzərəçarpacaq dərəcədə artıb - top atəşləri və havadan bombardmanların, Avdeyevka ətrafındakı müdafiə xətti boyunca düşmənin hücum əməliyyatlarının sayı çoxalıb.

Bununla belə, şəhər rəhbəri qeyd edib ki, bu gün insanların Avdeyevkadan təxliyə sürəti aşağı düşür - əgər bir həftə və ya həftə yarım əvvəl orta hesabla gündə 10-12 nəfər şəhəri tərk etmək istəyirdisə, son bir neçə gündə belələrinin sayı iki dəfə azalıb.

Oxunma sayı 108
Dünya rubrikasından digər xəbərlər