Doqquz uşaq dünyaya gətirdi - BİR İLDƏ BU QƏDƏR PUL XƏRCLƏDİ

19:12 05.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Keçən il dünyaya gətirdikləri 9 körpə ilə dünya rekordu qıran 36 yaşlı Kader Arbi və həyat yoldaşı 27 yaşlı Halima Cisse İngilis Dailymail News-a körpələri ilə yaşadıqları ilk il haqqında danışıblar. Hər körpənin özünəməxsus xasiyyəti olduğunu bildirən cütlük bəzi körpələrin daha çox diqqətə ehtiyacı olduğunu, bəzilərinin isə daha tez əsəbiləşdiyini bildirib.

Hafta.az bildirir ki, doğuşdan təxminən 5 ay sonra süni nəfəs aparatından çıxarılan körpələr hazırda ana və tibb bacısı ilə birlikdə Kasablankadakı mənzildə sağlam və xoşbəxtdirlər.

5 qız və 4 oğlan olmaqla cəmi 9 körpə artıq ilk ad günü tortlarını üfürüb. Həlimə ana ad günündə oğlanlarına smokinq geyindirib, qızlarını isə rəngli tiaralarla bəzəyib.

Mali ordusunda xidmət edən ata Arbi uşaq bezlərinin dəyişdirilməsinin onun sahəsi olmadığını və tibb bacısının bu mövzuda onlara kömək etdiyini bildirib.

Cütlük körpələrin əvvəldən həkimin məsləhəti ilə butulka ilə qidalandığını bildirərkən, ata "Hansı insan 9 körpəni ana südü ilə qidalandıra bilərdi" sözləri ilə körpələrə qulluq etməyin nə qədər çətin olduğuna diqqət çəkib”.

Bu gün hətta tək körpəyə qulluq böyük problem kimi görünsə də, gənc cütlük eyni anda 9 körpəyə qulluq edir və Mali hökuməti bu mövzuda valideynləri tək qoymayıb. Körpələr üçün ümumi baxım haqqı artıq 1 milyon funt-sterlinqə yaxınlaşır, bu hesabın əsas hissəsi hökumət tərəfindən ödənilir.
Cəmi bir il əvvəl Həlimə 10 həkim, 25 tibb bacısı və 18 tibb bacısından ibarət briqada tərəfindən doğuşa aparılaraq körpələrini sağlam şəkildə dünyaya gətirib. Doğuşu çətin keçən gənc qadın keçirdiyi qanaxma səbəbindən az qala həyatını itirəcəkdi, lakin həkimlərin düzgün müdaxiləsi ana ilə körpələrin ayrılmasına mane olub.