ABŞ-ın Nyu Cersi ştatında yerləşən Cersey şəhərindəki binalardan birinin 9-cu qatından yıxılan adam sağ qalıb.
Hafta.az yazır ki, 9-cu qatda yaşayan 31 yaşlı kişi həyətdə dayanmış çox bahalı avtomobilin üstünə düşüb. Şahidlər bildiriblər ki, anidən partlayışa bənzər səs və bağırtı eşidib, həmin yerə yaxınlaşdıqda bir nəfəri avtomobilin üstündə görüblər. Yaralı şəxs əvvəlcə yerindən qalxmaq istəsə də, ətrafdakı insanlar buna imkan verməyib, uzanılı qalmasını və təcili tibbi yardım maşınını gözləməsini bildiriblər.
Cersey şəhər bələdiyyəsinin sözçüsü Kimberli Vallace-Skalcione hadisə ilə bağlı mediaya açıqlamasında bildirib ki, həmin şəxs evinin açıq pəncərəsindən maşının üstünə yıxılıb və hazırda yaşasa da, vəziyyəti çox ağırdır. Hazırda onun yıxılma səbəbləri polis tərəfindən araşdırılır.