Dövlət Departamenti Hollandiyaya 20 HIMARS sisteminin satışına icazə verib

18:40 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti Hollandiyaya 670 milyon dollar dəyərində 20 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi və digər silahların mümkün satışını təsdiqləyib.

HIMARS-a əlavə olaraq, Hollandiya, 77 227 mm GMLRS idarə olunan raketləri (M30A2 və M31A2 modelləri); 80 ATACMS taktiki ballistik raketlər; 17 HMMWV ordu yük maşını; orta taktiki FMTV vasitələri də alacaq.