Dövlət Statistika Komitəsində yeni təyinat

17:10 13.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Statistika Komitəsində yeni təyinat olub.

Hafta.az banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov komitə sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin yanvarından 2026-cı ilin may ayına kimi “Rəqəmsal Tibbi Həllər” MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb. 2021-2024-cü illərdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub.