Azərbaycanda “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması”layihəsinə start verilib. Bu ilin fevralın 1-dən başlanılan layihə aprelin 30-dək davam edəcək.
Layihə çərçivəsində “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması prosesinin monitorinqini aparılacaq. Aparılan monitorinqlərin nəticələrinə uygun olaraq hesabat sənədi hazırlanaraq dövlət orqanlarına, parlamentə, Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq qurumlara, KİV və ictimaiyyətə təqdim olunacaq. Layihıyə uyğun olaraq Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması, bu sahədə yerli və beynəlxalq qanunlar və konvensiyalar mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər və monitorinqlər Beyləqəan, İmişli, Saatlı və Şirvan rayonlarında aparılacaq.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.