Dubayda "Peyğəmbərləri görürsünüz kimi" adlı möhtəşəm sərgi açılıb

12:35 15.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dubayda təşkil olunan "Expo 2020" çərçivəsində Beynəlxalq İslam Birliyi "Peyğəmbərləri görürsünüz kimi" başlıqlı Beynəlxalq Mədəniyyət Sərgisinin açıldığını elan edib və bununla bağlı cəlbedici bir video-çarxlar nümayiş olunub.

Hafta.az-ın yazdığına görə, sözügedən sərgi, İslam hüququnun görkəmini, Rəsulullahın böyük əxlaqını, İslamın qlobal mesajlarının əhatəsini və gözəlliyini vəsf etməkdədir. Məlumatda deyilir ki, sərgi açıldığı andan çox sayda ziyarətçini özünə çəkə bilib. Artıq sərgi ilə azdan-çoxdan məlumatı olan dünya ictimaiyyəti bu tədbiri sevgi, şəfqət, sülh, mehribanlıq, bir arada yaşama, yaxşılıq və humanizm üçün əməkdaşlıği özündə cəmlədiyini bildirməkdədir. 

Sərgi prosesi boyunca Qurani Kərimdə adları keçən 25 peyğəmbər ərəb, ingilis, fransız, ivrit və İndoneziya dillərində tanıdılmaqdadır. 
Ziyarətçilər 150-dən artıq film vasitəsilə peyğəmbərlərin adları, ünvanları, gördükləri işlər, xarakterləri, övladları, doğum yerləri, onlara nazil edilmiş kitablar, qohumları, özünəməxus keyfiyyətləri, möcüzələri, dilləri və əxlaqları ilə interaktif formada tanış olurlar. Sərginin bir maraqlı cəhəti isə odur ki, sənədli film şəklində təqdim olunduğu üçün peyğəmbərlər elmi müstəvidə insanlara anladılır. 

Sərgidə "Peyğəmbərlər fərqli analardan olan qardaşlardır, sadəcə dinləri fərqlidir" şəklində qardaşlığına işarə edilir. 

Qeyd edək ki, 1 oktyabr 2021-ci ildə başlayan "Expo 2020" çərçivəsində təşkil olunan sərgi tam 6 ay boyunca ziyarətçilərin üzünə açıq olacaq.