Dubayda uçan taksi xidmətə başlayır

11:24 12.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidmətləri təklif edən ilk şəhər olacağını açıqladı.

Hafta.az-ın WAM-a istinadən yazdığına görə, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin emissiyanın sıfır olduğu da qeyd edilib.

Bildirilib ki, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyaya sahib olacaq.

Açıqlamada həmçinin Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyi də bildirilib.