Dünya Bankının rəhbəri koronavirusa yoluxdu

22:08 11.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankının prezidenti Devid Malpasın koronavirus testi müsbət çıxıb.

 

Bu barədə Malpasın bankın əməkdaşlarına ünvanladığı məktubda qeyd olunub.

 

Məlumata görə, onda koronavirusun yüngül simptomları müşahidə olunur və özünütəcrid qaydalarına uyğun olaraq fəaliyyətini evdən davam etdirir.

 

66 yaşlı Devid Malpasın tam peyvənd kursunu qəbul etdiyi bildirilib.