Dünyada 50 mindən çox insan koronavirusdan ölüb

09:00 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son bir həftə ərzində dünyada 3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 50 mindən çox insan isə koronavirusdan ölüb.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölüm hallarının sayı isə 8 faiz artıb:

 

"Oktyabrın 25-dən oktyabrın 31-dək koronavirusa 3 021 634 nəfər yoluxub, 50 477 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə müvafiq olaraq 3 və 8 faiz çoxdur".