Dünyada ən böyük afro saçın sahibi bəlli oldu

11:35 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük afro saçının sahibi Aevin Duqas adını Ginnesin rekordlar kitabına yazdırıb.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Duqasın saçlarının uzunluğu 25 santimetr, eni 26 santimetr, ümumi diametri isə 165 santimetrdir.

Dünyanın ən böyük afro saç rekordu ilk dəfə 2010-cu ildə qoyulub. O dövrdə də rekorda sahib olan Duqasın saçının diametri 132 santimetr idi.

ABŞ-ın Nyu-York şəhərində yaşayan Simone Villiams iki il əvvəl diametri 147 santimetrə çatan afro saç şəkli ilə Duqası taxtdan salmışdı.

Luiziana ştatında yaşayan Duqas saçının ətrafı 157 santimetrə çatdıqda rekordu bərpa edib və hazırda bu rəqəm 165 santimetrə çatıb.

47 yaşlı qadın Ginnesin Rekordlar Kitabına bildirib ki, gənclik illərində ən uzun düz saçlar üçün rekordlar araşdırıb. Afro saçlarını 20 yaşında qəbul etdiyini bildirən Duqas, çöldə saçlarını açanda çox fərqli reaksiyalar aldığını bildirib: “Kimi heyranlıqla nəsə deyir, kimi baxır, kimi mənə yaxınlaşıb sual verir, bəziləri isə gəlib saçımı yolurdu”.

Duqas TikTok hesabında 48 minə yaxın izləyicisinə saç düzümü ilə bağlı məsləhətlər verir.