Dünyada koronavirus qurbanlarının sayı 800 mini ötüb

10:40 22.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 800 mini keçib.

Hafta.az-ın məlumatına görə, "Worldometer" portalında bildirilib.

Saat 8:00-a (GMT+4) verilən məlumata əsasən ümumilikdə koronavirusa yoluxanların sayı 23 117 813, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 803 200 nəfərə yüksəlib. 15 709 677 xəstənin sağaldığı bildirilir.