Dünyanın ən böyük məscidləri memarlıq möcüzəsi kimi təkcə ibadət yeri deyil, həm də mədəni və tarixi zənginliyin simvoludur. Geniş həyətləri, hündür minarələri və təfərrüatlı bəzəkləri ilə seçilən bu məscidlərin hər biri yerləşdikləri bölgənin tarixini və mədəniyyətini əks etdirən özünəməxsus xüsusiyyətlərə malikdir.

Hafta.az-ın yazdığına görə, bu möhtəşəm tikililər minlərlə insanın eyni anda namaz qılmasına imkan verən geniş interyerləri ilə diqqət çəkir.
Bəs dünyada ən böyük məscidləri tanıyırıqmı? Ən böyük 40 məscidin siyahısını təqdim edirik:

39. Səbilal Mühtədin məscidi (İndoneziya) - 15 min yerlik, 38. Negara məscidi (Malayziya) - 15 min yerlik, 37. Kocatəpə məscidi (Türkiyə) - 15 min yerlik, 36. Polembanq məscidi (İndoneziya) - 15 min yerlik, 35. Həsən əl Bolxah məscidi (Filippin) - 15 min yerlik, 34. Putra məscidi (Malayziya) - 15 min yerlik, 33. Əmir Əbdülkadir məscidi (Əlcəzair) - 15 min yerlik, 32. Əl Əzhəm məscidi (İndoneziya) - 15 min yerlik, 31. Maxaçkala Böyük Məscidi (Rusiya) - 17 min yerlik, 30. Ayasofya məscidi (Türkiyə) - 18 min yrlik, 29. Batam məscidi (İndoneziya) - 18500 yerlik 28. İd Gah məscidi (Çin) – 20 min yerlik, 27. Tuanku Mızan Zeynalabidin məscidi (Malayziya) - 20 min yerlik, 26. Qərbi Samatra Böyük Məscidi (İndoneziya) - 20 min yerlik, 25. Sultan Abbas məscidi (Oman) - 20 min yerlik, 24. Dan Əl Mahrı məscidi - 20 min yerlik, 23. Cakarta İslam Mərkəzi (İndoneziya) - 20680 yerlik, 22. Şah Ələm məscidi (Malayziya) - 24 min yerlik,

21. Səlahəddin Əyyubi məscidi (Türkiyə) - 25 min yerlik, 20. Abuca məscidi (Nigeriya) - 25 min yerlik, 19. CƏMA məscidi (Hindistan) - 25 min yerlik, 18. Ət-Tin məscidi (İndoneziya) - 25850 yerlik, 17. Sabancı məscidi (Türkiyə) - 28500 yerlik, 16. Cəmiyə məscidi (Hindistan) - 33 min yerlik, 15. Şeyx Zeyd məscidi (BƏƏ) - 42 min yerlik, 14. Beytül Mükərrəm məscidi (Banqladeş) - 42 min yerlik, 12. Çamlıca məscidi (Türkiyə) - 63 min yerlik, 11. Sultan məscidi (Pakistan) - 100 min yerlik, 10. II Həsən məscidi (Mərakeş) - 105 min yerlik, 9. Əlcəzair Böyük Məscidi - 120 min yerlik, 8. Təc-Ül məscidi (Hindistan) - 175 min yerlik, 7. İstiklal məscidi (İndoneziya) - 200 min yerlik, 6. Feysəl məscidi (Pakistan) - 300 min yerlik, 5. Əl-Əqsa məscidi (Fələstin) - 400 min yerlik, 4. Cəmiə məscidi (Pakistan) - 800 min yerlik, 3. İmam Rza məscidi (İran) – 1,2 milyon yerlik, 2. Məscidi -Nəbəvi (Səudiyyə ərəbistanı) – 1,5 milyon yerlik, 1. Məscidül-Haram (Səudiyyə Ərəbistanı) - 4 milyon yerlik.