Dünyanın ən varlı şəhərləri AÇIQLANDI

20:22 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nyu-York 2023-cü ildə dünyanın ən zəngin şəhərləri siyahısına başçılıq edir. “Henley & Partners” və “New World Wealth” şirkətinin məlumatlarına əsasən, Nyu-Yorkda yaşayan milyonerlərin sayı 340 min nəfər olub.

İkinci yerdə 290,3 min belə sakinlə Tokio, üçüncü yerdə isə 285 min nəfərlə San-Fransisko qərarlaşıb. İlk beşliyi London və Sinqapur bağlayır - onlarda müvafiq olaraq 258 min və 240,1 min varlı insan yaşayır.

İlk onluğa həmçinin Los-Anceles (205,4 min milyarder), Honq-Konq (129,5 min), Pekin (128,2 min), Şanxay (127,2 min) və Sidney (126,9 min) daxildir. Qeyd olunur ki, sonuncu yerdə olan Sidney 2040-cı ilədək ilk beşliyə daxil ola bilər - son 20 ildə şəhərə milyonerlərin güclü axını müşahidə olunur.

2022-ci ildə Nyu-York ən zəngin şəhərlər siyahısında birinci yeri tutub. Tokio ikinci, San Fransisko isə üçüncü yerdə qalıb. London və Sinqapur müvafiq olaraq dördüncü və beşinci yerləri qoruyublar.